ODLAR YURDUNUN ÜZÜMLÜKLƏRİ
“Fireland Vineyards” şərab zavodu – Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri ilə Avropanın müasir texnologiyalarının birləşdiyi bir yerdir. Biz Xəzər dənizi sahilinin və Böyük Qafqaz dağətəyi zonasının qeyri -adi terruarını inkişaf etdirərək dünyaya təqdim edirik.
Müxtəlif üzüm sortlarının ilk tingləri 2007-ci ilin yazında əkilmişdir, eyni vaxtda şərab istehsalı üçün zavodun istehsalına başlanılmışdır. Hazırda “Fireland Vineyards” şərab zavodu dünyanın tanınmış şirkətlərinin istehsalı olan bütün zəruri texniki avadanlıqla təchiz edilmişdir, bu avadanlıq istehsal olunan şərabların keyfiyyətinə istehsalatın bütün mərhələlərində nəzarət etməyə imkan verir.
“Fireland Vineyards” üzümlüklərinin yerləşdiyi Abşeron yarımadasındakı xüsusi təbii şərait burada yetişdirilən üzüm sortlarına xüsusi spesifiklik bəxş edir. Üzümlüyün özü iki duzlu dənizin arasında yerləşir, palçıq vulkanlarının yaxınlığı isə yerli torpağın minerallarla zəngin olduğundan xəbər verir. Bu səbəbdən də adi və tanış dada malik olan üzüm sortları Azərbaycan torpağında yetişdirildikdə həqiqətən də coşğun və hərarətli strukturlar və dad keyfiyyətləri əldə edirlər. Təbii ki, Odlar yurdunun üzümlüklərinə də məhz bu xüsusiyyətlər xas olmalıdır.
Lakin Xəzər sahilinin yandırıcı günəşi heç də bütün üzüm növləri üçün uyğun deyildir. Ancaq Böyük Qafqazın dağətəyi zonasının yumşaq iqlimi onlar üçün tam münasibdir. Üzümlüklərimiz həm də Muğanlıda, Oğuzda, Şəkidə və digər bölgələrdə yerləşir.